Bank Of Baku

İranda universitetin “Bəsic” ofisi yandırılıb

İranda universitetin “Bəsic” ofisi yandırılıb
# 10 dekabr 2022 15:32 (UTC +04:00)

İranda Şərif Texnologiya Universitetinin “Bəsic” ofisinin ötən gecə yandırıldığı bildirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, ofisdəki yanğını naməlum şəxslər törədib və bütün əşyalar yanıb.

Hadisənin təfərrüatları ilə bağlı heç bir məlumat dərc edilməyib.

Qeyd edək ki, son üç ayda İranda baş verən etirazlarla eyni vaxtda ölkənin müxtəlif bölgələrindəki “Bəsic” mərkəzlərində çoxlu yanğınlar qeydə alınıb.

Sosial şəbəkələrdə nümayişçilərin mərkəzləri yandırmaq məqsədi ilə “Molotov kokteyli” atdıqları görülən çoxlu videolar yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR