Bank Of Baku

İranın Ali Rəhbəri orduya yeni təhdidlərə coğrafi məhdudiyyətlər olmadan cavab verməyi tapşırıb

Müctəba Xamenei

© APA | Müctəba Xamenei

# 31 oktyabr 2026 15:19 (UTC +04:00)

İstənilən mümkün təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir.

APA-nın Tehran bürosunun İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei İran ordusunun yüksək rütbəli komandirləri bugünkü görüşündə bildirib.

İranın Ali Rəhbəri görüşdə “düşmənlərlə güclü qarşıdurmaya hazır olmaq üçün ağıllı döyüş hazırlığını maksimum çəkindiriciliyin” zəruri şərtlərindən biri kimi qiymətləndirib.

O, istənilən səviyyə və xarakterli təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməsinin vacibliyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR