Bank Of Baku

İranın BMT-dəki səfiri: Tehran uranın zənginləşdirilməsini dayandırmaq niyyətində deyil

İranın BMT-dəki səfiri: Tehran uranın zənginləşdirilməsini dayandırmaq niyyətində deyil
# 29 iyun 2025 23:37 (UTC +04:00)

“İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır.”

APA xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

“Bu, İranın hüququdur və biz bu hüquqdan istifadə etmək istəyirik. Zənn edirəm ki, zənginləşdirmə heç vaxt dayandırılmayacaq", - İrəvani deyib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi daha əvvəl İranın nüvə proqramının bəzi komponentlərini saxladığını və aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə biləcəyini demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR