Bank Of Baku

İranın Çaharmahal və Bəxtiyar əyalətində 3 nəfər etirazçı həbs edilib

İranın Çaharmahal və Bəxtiyar əyalətində 3 nəfər etirazçı həbs edilib
# 30 oktyabr 2022 16:47 (UTC +04:00)

İranın Çaharmahal və Bəxtiyar əyalətində iğtişaşlarda əli olan qrup üzvləri həbs edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Çaharmahal və Bəxtiyari əyaləti üzrə Kəşfiyyat Təşkilatı açıqlama verib.

Qeyd olunub ki, həbs olunan şəxslər bir evdə toplaşaraq, Çaharmahal və Bəxtiyari əyalətlərinin bəzi şəhərlərində iğtişaşlar zamanı təxribat törətmək, ictimai əmlakı məhv etmək məqsədi ilə yandırıcı materiallar və molotof kokteylləri hazırlayırdılar.

Məlumatda həbs olunan şəxslərin kimliyi açıqlanmasa da onların 3 nəfər olduğu və barələrində cinayət işi açıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR