Bank Of Baku

İranın nümayəndə heyəti sabah Vyanaya səfər edəcək

İranın nümayəndə heyəti sabah Vyanaya səfər edəcək
# 07 fevral 2022 11:46 (UTC +04:00)

İranın nüvə müzakirələri üzrə nümayəndə heyəti sabah Vyanaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, İran İslam Respublikasının Vyana müzakirələrində qırmızı xətti sanksiyaların ləğvidir.

"Qərb dövlətləri bu gün Vyana sınaq qarşısındadır və top onların ərazisindədir. ABŞ rəsmiləri bilməlidir ki, BMT-nin 2231 saylı qətnaməsi altında öz dağıdıcı və səhv qərarlarını ilə İran xalqının cibinə girə bilməzlər. Onlar İran xalqının etimadını qazanmalıdırlar."

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR