Bank Of Baku

İranın yol və şəhərsalma naziri koronavirusa yoluxub

Rüstəm Qasemi

© APA | Rüstəm Qasemi

# 02 fevral 2022 21:21 (UTC +04:00)

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, R.Qasemi koronavirusa yoluxduğu üçün iş otağında karantinə alınıb.

O, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat nazirlərinin iclasına onlayn qoşulub.

Məlumatda qeyd olunur ki, nazir sabah da bir neçə əyalət başçısı ilə onlayn görüş keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR