Bank Of Baku

İranlılar Kanada, BƏƏ və Türkiyəyə axın edir

İranlılar Kanada, BƏƏ və Türkiyəyə axın edir
# 09 yanvar 2023 11:21 (UTC +04:00)

İranlılar Kanada, BƏƏ və Türkiyəyə axın edir.

APA-nın Tehran bürosu xəbər verir ki, İranda açıqlanan statistika göstərir ki, son 10 il ərzində İran vətəndaşları Kanada, BƏƏ və Türkiyəyə ən azı 30-35 milyard dollar həcmində sərmayə yatırıb.

Məlumata görə, 2013-cü ildən 2021-ci ilədək Kanadada 76 381 iranlı vətəndaşlıq alıb və bu ölkəyə 19 milyard dollar həcmində sərmayə yatırıb.

Birləşmiş Ərəb Əmirliklərində isə 545 min iranlı yaşayır. Onlar 2012-ci ildən indiyədək bu ölkəyə 900 milyon dollar sərmayə yatırıb.

Türkiyədəki iranlılar isə 2015-ci ildən 2022-ci ilədək 35 558 ev alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR