Bank Of Baku

İraqın Baş naziri kollektiv təhlükəsizliklə bağlı təklif irəli sürüb

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani

© APA | İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani

# 15 sentyabr 2025 17:53 (UTC +04:00)

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani müsəlman ölkələrinə edilən hücumlara qarşı NATO-ya bənəzr kollektiv təhlükəsizlik yanaşması ilə cavab verilməsinə çağırıb.

APA “Al Jazeera"yə istinadən xəbər verir ki, o, Dohada keçirilən Ərəb-İslam sammitində Ərəb-İslam komitəsi yaradılmasını təklif edib.

Sudani tədbirdə iştirak edən nümayəndələri Qətərə edilən hücumu qınamağa və Qəzzada atəşkəs üçün ətraflı yol xəritəsi tərtib etməyə çağırıb.

“İsraili dayandıra bilməsək, bu, qeyri-stabilliyi daha da artıracaq və heç bir tərəf üçün təhlükəsizlik gətirməyəcək”, - İraqın Baş naziri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR