İŞİD-in Suriyadakı liderləri öldürülüb

İŞİD-in Suriyadakı liderləri öldürülüb
# 31 yanvar 2022 18:44 (UTC +04:00)

İŞİD-in Suriyadakı liderləri öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentin saytında məlumat verilib.

Bildirilib ki, Əl-Həsəkə şəhərində İŞİD üzvlərinin saxlanıldığı mərkəzə hücum edərək burada saxlanılanları həbsdən azad etməyə cəhd zamanı İŞİD-in Suriyadakı liderləri ələ keçirilib və ya öldürülüb.

Əməliyyatda Suriya Demokratik Qüvvələri, ABŞ və Koalisiya qüvvələri iştirak edib.

“Bu döyüş İŞİD-lə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı bir daha xatırladır”, - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR