İsrail HƏMAS-ın Qəzza razılaşmasına düzəlişlərini qəbuledilməz hesab edir

İsrail HƏMAS-ın Qəzza razılaşmasına düzəlişlərini qəbuledilməz hesab edir
# 06 iyul 2025 04:13 (UTC +04:00)

HƏMAS-ın Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi düzəlişlər İsrail üçün qəbuledilməzdir.

APA xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“HƏMAS-ın Qətərin təklifinə etdiyi düzəlişlər bizə çatdırılıb və bunlar İsrail üçün qəbuledilməzdir”, - bəyanatda deyilir.

Baş nazirin ofisi qeyd edib ki, İsrail artıq Qətərin təşəbbüsünü qəbul edib.

Ofis əlavə edib ki, kabinet rəhbəri vəziyyətin qiymətləndirilməsi fonunda Qətərə nümayəndə heyəti göndərmək qərarına gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR