Bank Of Baku

İsrail Husilərin liderinin çıxışı zamanı Yəmənin paytaxtını bombalayıb - YENİLƏNİB

Bədrəddin əl-Husi

© APA | Bədrəddin əl-Husi

# 28 avqust 2025 18:52 (UTC +04:00)

İsrail ordusu Yəmənə zərbə endirilməsi ilə bağlı xəbərləri təsdiq edib.

APA xəbər verir ki, bununla bağlı İsrail ordusunun “Telegram” kanalında məlumat paylaşılıb.

“Qısa müddət əvvəl, İsrail ordusu Yəmənin Səna şəhərində Husi terrorist rejiminin hərbi obyektlərini dəqiqliklə vurdu. Husi terrorist təşkilatın İranın göstərişi və maliyyə dəstəyi ilə fəaliyyət göstərir”, - məlumatda qeyd edilib.

***

18:01

İsrail Yəmənin paytaxtı Sənaya zərbələr endirib.

APA “Daneşcu” xəbər agentliyinə istinadən xəbər verir ki, ard-arda endirilən zərbələr partlayışlara səbəb olub.

Qeyd edək ki, hücum Husilərin lideri Əbdülməlik Bədrəddin əl-Husinin canlı çıxışı zamanı baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR