İsrail Müdafiə Qüvvələri (IDF) İranın cənub-qərbində Bəndər Abbas şəhəri yaxınlığında PUA anbarlarına və hərbi obyektə hücum edib.
APA xəbər verir ki, bu haqda İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"İsrail ordusu hazırda İranın cənub-qərbində Bəndər-Abbas yaxınlığındakı PUA anbarlarına və silahların olduğu hərbi obyektə zərbələr endirir", - ordunun “Telegram” kanalında bildirilib.