Bank Of Baku

İsrail İrandan mümkün hücumla bağlı bütün qoşunlarda məzuniyyəti dayandırıb

İsrail İrandan mümkün hücumla bağlı bütün qoşunlarda məzuniyyəti dayandırıb
# 04 aprel 2024 12:57 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələri (IDF) bütün döyüş qoşunları üçün ev məzuniyyətini dayandırdığını bəyan edib.

APA xəbər verir ki, bu Suriyadakı konsulluq binasına hücumdan sonra İranın potensial reaksiyası ilə bağlı İsraildə həyəcan siqnalının gücləndirilməsi fonunda atılıb.

“IDF müharibə vəziyyətindədir və zərurət yarandıqda qüvvələrin yerləşdirilməsi məsələsi daima nəzərdən keçirilir”, - IDF-dən qeyd edilib.

Dünən gecə IDF qiymətləndirmədən sonra Hava Hücumundan Müdafiə sistemini gücləndirdiyini və ehtiyat qüvvələrini çağırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR