Bank Of Baku

İsrail müdafiə naziri: Dəməşqə xəbərdarlıqlarımız bitib, ağrılı zərbələr gələcək

İsrael Katz

© APA | İsrael Katz

# 16 iyul 2025 16:18 (UTC +04:00)

Müdafiə naziri İsrael Katz İsrailin Suriyanın Suveyda bölgəsində tam güclə hərəkət edəcəyini bildirib.

APA xəbər verir ki, o, bununla bağlı “X” hesabında bildirib.

“Dəməşqə xəbərdarlıqlarımız bitib, artıq ağrılı zərbələr gələcək. İsrail ordusu druzlara hücum edən qüvvələri məhv etmək üçün Suveyda bölgəsində fəaliyyətə davam edəcək. Bizim İsraildəki druz qardaşlarımız, siz Suriyada yaşayan qardaşlarınızın qorunması ilə bağlı İsrail ordusuna etibar edə bilərsiniz. Baş nazir Netanyahu və müdafiə naziri kimi mən söz vermişik. Sözümüzə əməl edəcəyik”, - İsrael Katz qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR