Bank Of Baku

İsrail ordusu girovlardan birinin meyitini aşkar edib

İlan Veis

© APA | İlan Veis

# 29 avqust 2025 15:35 (UTC +04:00)

İsrail ordusu və Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) HAMAS-ın girovluğunda olanlardan birinin meyitini tapıb.

APA bu barədə İsrail ordusuna istinadən xəbər verir.

Sözügedən meyitin İlan Veisə məxsus olduğu məlum olub.

O, 2023-cü il oktyabrın 7-də HAMAS tərəfindən qaçırılaraq qətlə yetirilib.

İlan Veislə yanaşı digər givovun qalıqları da aşkar olunub.

İkinci girovun şəxsiyyətinin müəyyən olunması prsesi davam edir.

“The Times of Israel” hazırda HAMAS-ın əsarətində olan girovların sayının 48 olduğunu bildirib ki, onların 20-nin sağ olduğu ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR