Livanın cənubunda Hizbullaha qarşı döyüşlərdə İsrail ordusunun 4 hərbçisi həlak olub, 2-si isə yaralanıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dünən yerli vaxtla saat 18:30 radələrində Livanın cənubunda İsrail ordusunun hərbi birləşmələri ilə Hizbullah silahlıları arasında qarşıdurma yaşanıb. Yaxın məsafədə gedən döyüşdə 4 hərbçi həlak olub, ikisi isə yaralanıb.
Hizbullah silahlılarının da çoxlu itki verdiyi bildirilir.