İsrail prezidenti İsaak Herzoq yanvarın 30-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ikigünlük rəsmi səfər edəcək.
APA xəbər verir ki, bu barədə prezidentin ofisi məlumat yayıb.
Bildirilib ki, səfər zamanı İsaak Herzoq Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.
Qeyd edək ki, İsrail prezidenti BƏƏ-yə ilk dəfə olaraq səfər edəcək.