İsrail ordusu Qəzzada HAMAS-ın hərbi qanadının komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzza şəhəri ərazisində həyata keçirilən hədəfli əməliyyat nəticəsində Camal Mahmud Əbu Kamil öldürülüb.
İsrail hərbçilərinin məlumatına görə, Əbu Kamil 2023-cü il oktyabrın 7-də Fələstin radikallarının İsrail ərazisinə hücumunda iştirak edən şəxslərdən biri olub.
İsrail ordusu onun Qəzzada davam edən müharibə zamanı, o cümlədən son aylarda HAMAS tərəfində döyüşlərdə iştirak etdiyini bildirib. Əbu Kamil hava zərbəsi nəticəsində öldürülüb.