Bank Of Baku

İsrail Qəzzanın şimalında "Zikim" sərhəd-keçid məntəqəsini açıb

İsrail Qəzzanın şimalında "Zikim" sərhəd-keçid məntəqəsini açıb
# 12 noyabr 2025 11:37 (UTC +04:00)

İsrail Qəzzanın şimalında “Zikim” sərhəd-keçid məntəqəsini açıb.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə İsrail ordusu nəzdində fəaliyyət göstərən COGAT (Ərazilərdə Hökumət Fəaliyyətinin Koordinasiyası) təşkilatı məlumat yayıb.

Bildirilib ki, sərhəd-keçid məntəqəsi humanitar yardımın Qəzza zolağına daxil edilməsi üçün açılıb.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən sərhəd-keçid məntəqəsi İsrail tərəfindən bağlanmış və bunun üçün heç bir səbəb göstərilməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR