İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - YENİLƏNİB

İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - YENİLƏNİB
# 07 may 2024 09:29 (UTC +04:00)

İsrail ordusu bu gün səhər Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirib.

APA “The Times of İsrael”ə əsasən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məntəqənin əsas yolunun ələ keçirildiyi, fəaliyyətini dayandırdığı bildirilib.

“Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır”, - məlumatda deyilir.

Bundan başqa, HAMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

***

09:11

İsrail ordusunun tankları Qəzza istiqamətindən Rəfah keçid məntəqəsinin ərazisinə daxil olub.

APA xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.

Hazırda şiddətli döyüşlərin getdiyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR