Bank Of Baku

İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur

İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur
# 02 iyul 2026 13:00 (UTC +04:00)

İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunaraq həbs edilib.

“The Times of Israel”in xəbərinə görə, Behruz Sobirqon adlı Tacikistan vətəndaşı bu ilin yanvar ayından başlayaraq İran kəşfiyyatı ilə əlaqədə olub, onun casus kimi fəaliyyətinin əsas mərhələsi İranla müharibə dövrünə təsadüf edib və o, digər başqa şəxsləri də əməkdaşlığa cəlb etməyə çalışıb.

İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub ki, Behruz Sobirqon “İrana beynəlxalq arenada İsrailə qarşı hədəflərinə doğru irəliləməkdə və döyüş meydanında əməliyyat uğurları qazanmaqda kömək göstərib”.

Məlumata görə, Tacikistan vətəndaşı İran raketlərinin İsraildə vurduğu obyektlərin sənədləşdirilməsi, Təl-Əvivdə Azrieli Qüllələrinin koordinatlarının və İsrailin şimalında həssas təhlükəsizlik obyektlərinin fotoşəkillərinin İran kəşfiyyatına ötürülməsi ilə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR