Bank Of Baku

İsraildə terror aktı olub, ölən və yaralananlar var - YENİLƏNİB

İsraildə terror aktı olub, ölən və yaralananlar var - YENİLƏNİB
# 07 aprel 2023 23:45 (UTC +04:00)

Təl-Əvivdə törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb.

APA xəbər verir ki, bu barədə "Kan" radiostansiyası məlumat yayıb.

Məlumata görə, terrorçu bir neçə piyadanı vurduqdan sonra avtomobildən düşüb, daha bir nəfəri vurmağa cəhd edərkən polis əməkdaşı onu zərərsizləşdirib.

***

Saat 23:37

İsrailin paytaxtı Təl-Əvivdə bir nəfər avtomobili piyadaların üzərinə sürüb.

APA xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Nazirlik hadisəni terror aktı kimi qiymətləndirib.

Sürücü saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR