Bank Of Baku

İsraildə terror hücumunda bir nəfər ölüb, bir nəfər yaralanıb

Terror hücumuna məruz qalan avtomobil (Mənbə - "İ24 News" kanalı

© APA | Terror hücumuna məruz qalan avtomobil (Mənbə - "İ24 News" kanalı

# 21 avqust 2023 12:51 (UTC +04:00)

İsraildə terror hücumunda bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, İordan çayının qərb sahilində Hebron şəhəri yaxınlığında avtomobilə terror hücumu nəticəsində bir israilli qadın öldürülüb, avtomobildəki 39 yaşlı kişi isə ağır yaralanıb.

Bildirilib ki, avtomobildəki 6 yaşlı uşaq heç bir xəsarət almayıb.
İsrail Müdafiə Qüvvələri isə məlumat yayıb ki, ərazidəki bütün yollar bağlanıb və nəzarətə götürülüb.

Bu ilin əvvəlindən indiyə qədər terror hücumlarında 34 israilli həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR