İsrailin müharibə kabineti İranla bağlı yenidən toplanır

İsrailin müharibə kabineti İranla bağlı yenidən toplanır
# 15 aprel 2024 12:40 (UTC +04:00)

İsrail Baş naziri Benyamin Netanyahu bu gün yerli vaxtla saat 14:00-da hərbi kabineti yenidən toplayacaq.

APA "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.

Mənbə əlavə edib ki, Baş nazir Netanyahu, müdafiə naziri Yoav Qallant, keçmiş müdafiə naziri Benni Qantz və bir neçə müşahidəçidən ibarət müharibə kabineti aprelin 14-də gecə görüşüb.

Qeyd edək ki, hazırda bütün gözlər Netanyahunun hökumətindədir, İranın hücumundan sonra regionda olan və digər ölkələr münaqişənin şiddətlənməməsi üçün İsraili təmkinli olmağa çağırır.

İsrailin hərbi kabinetinin əksəriyyəti İranın şənbə günü ölkəyə hücumuna cavab vermək istəyir, lakin bunun miqyası və vaxtı ilə bağlı fikir ayrılığı var.

Co Bayden İsrail liderinə ABŞ-ın İrana qarşı əks hücumda iştirak etməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR