İsrailin Qəzzadakı Cebaliya qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində HAMAS-ın girov saxladığı azı 7 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə HAMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadası məlumat yayıb.
Ölənlərdən 3-nün xarici ölkə vətəndaşı olduğu bildirilib.
Xatırladaq ki, dünən İsrail Cebaliyadakı qaçqın düşərgəsinə hava zərbələri endirib.