İstanbul valisi Əli Yerlikaya yanvarın 3-də qatı duman səbəbindən ictimai nəqliyyatda mümkün ləngimələr barədə sakinlərə xəbərdarlıq edib.
APA-nın məlumatına görə, bu barədə mer “Twitter” səhifəsində yazıb.
Vali bildirib ki, yanvarın 2-də İstanbula etməli olan 50-dən çox reys şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirilib.
Türk Hava Yolları hava limanına 100 reysin ləğv edildiyini açıqlayıb.
***
22.18
Qatı duman İstanbulun Sabiha Gökçən hava limanında 48 reysin təxirə salınmasına səbəb olub.
APA-nın məlumatına görə, bu barədə “Takvim” qəzeti yazıb.
Səhər saatlarında şəhərin şərqində yerləşən Sabiha Gökçənə enməl olan 49 təyyarə başqa hava limanına yönləndirilib.
“Türk Hava Yolları” və “Anadolujet”in 48 reysi təxirə salınıb.