İstanbulda ofisdə partlayış baş verib, xəsarət alanlar var

İstanbulda ofisdə partlayış baş verib, xəsarət alanlar var
# 26 may 2024 01:28 (UTC +04:00)

İstanbulda naməlum şəxslər ofis binasına bomba atıblar.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

Hadisə Küçükçekmece bölgəsində baş verib.

İlkin məlumata görə, hadisə yerinə motosikletlə gələn naməlum maskalı şəxslər ofisin ərazisinə bir neçə dəfə partlayıcı atıb və ərazini tərk ediblər. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, binaya böyük ziyan dəyib.

Nəşrin məlumatına görə, polis hücumu törədən şəxslərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR