Bank Of Baku

“Kadziki” tufanı ilə əlaqədar Çinin Haynan adasından 20 min nəfər təxliyyə edilib

“Kadziki” tufanı ilə əlaqədar Çinin Haynan adasından 20 min nəfər təxliyyə edilib
# 24 avqust 2025 14:47 (UTC +04:00)

Çinin məşhur turizm məkanı sayılan Haynan adasında tropik “Kadziki” tufanı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın “Xinhua”-ya istinadən verdiyi xəbərə görə, adadan 20 min nəfər təxliyə olunub.

İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb, obyektlər bağlanıb

Adada ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, ticarət və əyləncə müəssisələri bağlanıb. Bundan əlavə, 30 mindən çox balıqçı gəmisi limanlara geri qayıdıb.

Xilasedicilər hazır vəziyyətdədir

Qeyd olunub ki, 2,8 mindən çox xilasedici mümkün fəsadların qarşısını almaq üçün hazır vəziyyətə gətirilib. Onlar ehtiyac yaranacağı təqdirdə dərhal əməliyyatlara başlaya biləcəklər.

Güclü külək yaxınlaşır

Meteoroloqların verdiyi məlumata əsasən, küləyin sürəti artıq 38 m/s-ə çatıb. Tufan Sanya şəhərindən təxminən 210 km məsafədədir və bazar günü günorta və ya axşam saatlarında adanı vuracağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR