Kambocada hoteldə baş vermiş yanğında ölən və yaralananların sayı yenidən artıb.
APA xəbər verir ki, bu barədə “Fresh News” portal məlumat yayıb.
Poipet şəhərindəki "Diamond City Hotel and Casino"da baş verən yanğın nəticəsində ölənlərin sayı 26 nəfər olub.
Onlardan 17-i Nepal, Malayziya və Çin vətəndaşıdır.
Bundan başqa 57 nəfər yaralanıb.
***
29.12.2022
Saat 17:24
Kambocada hoteldə baş vermiş yanğında ölən və yaralananların sayı artıb.
APA xəbər verir ki, NHK telekanalının məlumatında bildirilib ki, hadisə nəticəsində ən azı 19 nəfər ölüb, daha 50 nəfər isə xəsarət alıb.
***
07:07
Kambocada hoteldə yanğın olub.
APA xəbər verir ki, bu barədə “Fresh News” portal məlumat yayıb.
Tailandla sərhəddə yerləşən Poipet şəhərindəki yanğında 10 nəfər ölüb.
Daha 30 nəfər isə yaralanıb.
Binanın tamamilə yandığı bildirilir.
Yanğının yanacaq çəninin partlaması nəticəsində baş verdiyi ehtimal edilir.