Bank Of Baku

Kanada KXDR yaxınlığındakı sularda patrul etmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib

Kanada KXDR yaxınlığındakı sularda patrul etmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib
# 07 aprel 2023 04:31 (UTC +04:00)

Kanada hakimiyyəti BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarının icrasına nəzarət etmək və beynəlxalq əməliyyatlarda iştirak etmək üçün Yaponiyaya “CP-140 Aurora” kəşfiyyat təyyarəsini göndərib.

APA-nın məlumatına görə, bu barədə cümə axşamı Kanada Müdafiə Nazirliyinin press-relizində bildirilib.

Martın sonunda Kanada Müdafiə Nazirliyi bildirib ki, Kanada Hərbi Dəniz Qüvvələrinin Monreal freqatı və “Asterix” təchizat gəmisi ölkənin dünyanın bu hissəsində hərbi mövcudluğunu gücləndirmək üçün Hind-Sakit okean regionuna gedib.

Kanada gəmiləri BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarının icrasına nəzarət etmək üçün beynəlxalq əməliyyatlarda iştirak etmək məqsədi ilə Hind okeanının sularında və Koreya yarımadasının yanında olacaqlar. Daha sonra Ottava Hind-Sakit okean regionuna daha iki freqat göndərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR