Paşha Bank
Bank Of Baku

ABŞ-da demokratlar öz liderlərini Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd irəli sürüblər

ABŞ-da demokratlar öz liderlərini Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd irəli sürüblər
# 18 noyabr 2026 22:21 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar Hakim Cefrisin spiker vəzifəsinə namizədliyini dəstəkləyiblər.

APA xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat verib.

Məlumata görə, demokratların qapalı toplantısında 251 nəfər Cefrisin namizədliyinin lehinə, 11-i isə əleyhinə səs verib.

Cefris hazırda Nümayəndələr Palatasında demokrat azlığın lideridir. Yeni çağırış parlament 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Aralıq seçkilərinin nəticələrinə əsasən, həm Nümayəndələr Palatasına, həm də Senata demokratlar nəzarət edəcəklər. Hazırda hər iki palatada çoxluq respublikaçılardadır.

Nümayəndələr Palatasının spikeri ABŞ dövlət iyerarxiyasında üçüncü ən yüksək vəzifədir. Cefris bu vəzifəyə seçiləcəyi təqdirdə ABŞ tarixində ilk afroamerikalı spiker olacaq.

Spikerin seçilməsi ilə bağlı səsvermənin yanvarın əvvəlində keçirilməsi gözlənilir. Demokratlar və respublikaçılar səsvermədə iştirak edəcəklər. Cefrisin seçilməsi üçün ən azı 218 səs toplaması lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR