Bank Of Baku

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib
# 18 noyabr 2026 21:47 (UTC +04:00)

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.

APA xəbər verir ki, müxalifətdəki “Vətən” (Isamaa) partiyasının təşəbbüsü ilə irəli sürülən sənəd hökumətə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanmasını təklif edir.

39 nəfərin iştirak etdiyi səsvermədə sənədin lehinə 37 deputat səs verib, 2 nəfər əleyhinə çıxıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ölkəsinin dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR