Bank Of Baku

Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb

Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
# 12 yanvar 2025 21:41 (UTC +04:00)

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ər-Riyadda Suriya ilə bağlı keçirilən görüşdə Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Kaya Kallas "X" sosial şəbəkəsində paylaşım edib.

"Əsəd Həsən əl-Şeybani ilə ilk görüşümü keçirdim. İndi bütün azlıqların hüquqlarını qoruyan sülhsevər və inklüziv keçid prosesini təmin etməklə Suriya üçün yeni rəhbərliyin yaratdığı ümidləri doğrultma vaxtıdır. Növbəti mərhələdə isə Aİ-nin Xarici İşlər Nazirləri ilə sanksiyaların yüngülləşdirilməsini müzakirə edəcəyik," - deyə o bildirib.

Sahilə Cabbar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR