Kəşmirin Hindistanın nəzarətində olan bölgəsində güclü yağışlar daşqınlara səbəb olub.
APA-nın “AFP”yə istinadən xəbərinə görə, təbii fəlakət nəticəsində 34 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.
Axtarış-xilasetmə işləri davam etdirilir və meyitlərin tapılması ilə ölənlərin sayının arta biləcəyi ehtimal olunur.
Hindistanın Baş naziri Narendra Modi fəlakətdən zərərçəkmiş ərazilərə bütün lazımi yardımların göstəriləcəyini bəyan edib.