Bank Of Baku

KİV: Hindistan ABŞ-dan qırıcı təyyarələrin alınmasını təxirə salıb

KİV: Hindistan ABŞ-dan qırıcı təyyarələrin alınmasını təxirə salıb
# 08 avqust 2025 15:05 (UTC +04:00)

Hindistan ABŞ-dan yeni hərbi təchizatın və qırıcı təyyarələrin alınmasını təxirə salıb.

APA xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan üç Hindistan rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Hindistanın müdafiə naziri Racnat Sinxin Vaşinqtona növbəti həftələrdə planlaşdırılan səfəri də ləğv olunub.

Hindistan və ABŞ hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Tramp Rusiya neftinin alınmasına görə Hindistana 25%-lik tarif vergisi tətbiq edib.

Bu isə ABŞ-ın Hindistana tətbiq etdiyi tariflərin ümumi həcmini 50%-ə yüksəldib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR