Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı 140 nəfəri keçib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 177 nəfər xilas edilib, 19 nəfər isə ağır xəsarətlər alıb.
***
06:21
Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində azı 120 nəfər ölüb.
APA-nın xəbərinə görə, bunu “France-Presse”ə ştatın polis rəisi bildirib.
O, ölü sayının artacağını istisna etməyib.
***
21.51
Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə NDTV televiziyası məlumat yayıb.
Kanalın xəbərinə görə, hadisə zamanı 91 nəfər həlak olub. 70 zərərçəkən xəstəxanaya yerləşdirilib.
***
19.49
Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Məlumata görə, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü dağılıb. 100-dən çox insan su altında qalıb.
Xilasedicilər hazırda hadisə yerindədir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.