Oman və İran nümayəndələri gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı razılaşma əldə etmək üçün danışıqları davam etdirir.
APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, ölkələr, digər məsələlərlə yanaşı, su yolundan keçən üçüncü marşrutun bərpasını da müzakirə edirlər.
Agentlik bildirir ki, gəmilər ya İran sahillərindən şimal marşrutu, ya da Omana yaxın cənub marşrutu ilə tranzit keçir.
Üçüncü dəhliz bu iki marşrut arasında yerləşir və ABŞ-İran müharibəsinin başlanğıcından bəri əsasən istifadə olunmayıb.