Bank Of Baku

KİV: İran XİN rəhbəri Hindistana səfərini ləğv edib

Hüseyn Əmir Abdullahiyan

© APA | Hüseyn Əmir Abdullahiyan

# 17 fevral 2023 16:25 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Hindistana səfərini ləğv edib.

APA xəbər verir ki, bu barədə “Indian Express” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, İran XİN rəhbərinin Hindistanda keçiriləcək “Racine Dialogue-2023” beynəlxalq siyasi ekspert konfransında iştirak etmək üçün 3-4 mart tarixlərində səfəri planlaşdırılırdı.

Nəşrin məlumatına görə, səfərin ləğv edilməsinə səbəb konfransın reklam videosunda İranda keçən il baş vermiş etiraz aksiyalarından kadrın yer alması olub.

İran XİN konfransın təşkilatçılarından bu kadrların çıxarılmasını tələb edib və bu tələb yerinə yetirilmədiyi üçün nazir konfransda iştirakdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR