Bank Of Baku

KİV: İsrail fələstinli hüquq müdafiəçisi Salah Hamurini Fransaya deportasiya edib

Salah Hamouri

© APA | Salah Hamouri

# 18 dekabr 2022 16:26 (UTC +04:00)

İsrail hakimiyyəti bazar günü təhlükəsizlik pozuntularında ittiham olunan fələstinli hüquq müdafiəçisi Salah Hamourini Fransaya deportasiya edib.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə, İsrail Daxili İşlər Nazirliyi Hamurini Qüdsün daimi sakini statusundan məhrum edib, bundan sonra o, Fransaya uçan təyyarə ilə Ben Qurion hava limanına müşayiət olunub.

Qeyd edək ki, Hamuri Şərqi Qüds sakini, Fələstindəki 6 qeyri-hökumət strukturu arasında daha əvvəl İsrail tərəfindən terror təşkilatı elan edilmiş Fələstinli Məhbuslara Dəstək Dərnəyinin üzvü olan hüquqşünasdır. “The Times of Israel” qəzeti qeyd edir ki, o, terror qruplaşması kimi tanınan Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin üzvü olmaqda ittiham olunur. Hüquq müdafiəçisi bir neçə ay əvvəl İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və deportasiya olunana qədər həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR