Çinin paytaxtı Pekində COVID-19 virusuna görə çox ağır epidemioloji vəziyyət yaşanır.
APA xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Çin hakimiyyəti koronavirusun son günlər kəskin yayılması səbəbilə paytaxtın tibb müəssisələrinin fasiləsiz işləməsini təmin etmək üçün bölgələrdən yüzlərlə həkim və tibb işçilərini Pekinə cəlb edib.
“Ölkədə ən yaxşı səhiyyə müəssisələrinə malik Pekin şəhərinə əlavə qüvvələrin gətirilməsi paytaxtda ağır epidemioloji vəziyyətin yarandığını göstərir”, - nəşr bildirib.