Bank Of Baku

KİV: PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

KİV: PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
# 08 iyul 2025 17:03 (UTC +04:00)

İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək.

APA xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bildirilib ki, PKK lideri Abdullah Öcalan video vasitəsilə PKK-nın Qəndildə yerləşən qərargahına mesaj göndərəcək və tərksilah prosesi üçün mexanizmin qurulmasına çağırış edəcək.

PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir.

Silahlarını təhvil verənlər İraqda yaşayacaqlar.

Qeyd edək ki, təsis olunduğu tarixdən-1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR