Bank Of Baku

KİV: Suriya və İsrail ilin sonuna kimi təhlükəsizlik razılaşması imzalaya bilər

KİV: Suriya və İsrail ilin sonuna kimi təhlükəsizlik razılaşması imzalaya bilər
# 18 sentyabr 2025 15:30 (UTC +04:00)

Suriya ilin sonuna kimi İsraillə təhlükəsizlik və hərbi razılaşmalar əldə edəcək.

APA xəbər verir ki, bu barədə suriyalı anonim rəsmi AFP-yə məlumat verib.

“İsraillə danışıqlarda irəliləyiş var. İlin sonuna qədər hərbi və təhlükəsizlik sahələrində razılaşmaların imzalanacağı gözlənilir. Biz İsrailin Suriyada hərbi əməliyyatlarını dayandırması barədə razılaşma əldə etmək istəyirik”,- suriyalı rəsmi bildirib.

Qeyd edək ki, Suriya Prezidenti Əhməd əl-Şaara dünənki açıqlamalarında İsrail-Suriya danışıqlarının növbəti günlərdə nəticə verə biləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR