KİV: Suriyada konsulluğa hücumdan sonra İsrail İrandan mümkün cavab gözləyir, HHM sistemini gücləndirir

KİV: Suriyada konsulluğa hücumdan sonra İsrail İrandan mümkün cavab gözləyir, HHM sistemini gücləndirir
# 04 aprel 2024 00:10 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələri (IDF) Hava Hücumundan Müdafiə Sistemini gücləndirib, ehtiyatda olan əsgərləri xidmətə çağıraraq qabaqlayıcı tədbirlər görüb.

APA xəbər verir ki, bu barədə “Channel 12” məlumat yayıb.

Bildirilib ki, bu addım İsrailin Suriyadakı İran konsulluğuna hücumundan sonra yaşanan gərginlik fonunda atılıb.

Məlumata gorə, İsrail İrandan mümkün cavab gözləyir və yüksək hazırlıq vəziyyətindədir. Eyni zamanda, ehtiyat qüvvələrin çağırılması qərarı İranın cavab təhdidləri fonunda təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsinindən sonra verilib.

Qeyd edilib ki, cavab zərbəsi İranın proksi qüvvələri vasitəsilə deyil, birbaşa İran ərazisindən gələcək və İsrail Müdafiə Qüvvələrinin daha əsaslı və birbaşa cavabını tələb edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR