Bank Of Baku

KİV: Yaponiya Türkiyə dronlarının alınmasında maraqlıdır

KİV: Yaponiya Türkiyə dronlarının alınmasında maraqlıdır
# 19 avqust 2025 13:09 (UTC +04:00)

Yaponiyanın müdafiə naziri Gen Nakatani Türkiyədə rəsmi səfərdədir.

APA xəbər verir ki, diplomatik mənbələrin “Al-Arabiyya” kanalına verdiyi məlumata görə, səfərin məqsədi Türkiyə dronlarının Yaponiyaya tədarüküdür.

Bildirilib ki, yaponiyalı nazir türkiyəli həmkarı Yaşar Gülərlə hərbi əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə edəcəklər.

Gen Nakataninin Türkiyəni hərbi şirkətlərinə baş çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiyanın müdafiə nazirinin Türkiyəyə səfəri onun 17-22 avqust tarixlərində regional turunun bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR