Paşha Bank
Bank Of Baku

İran Küveytdəki ABŞ aviabazasına PUA-larla zərbələr endirib

İran Küveytdəki ABŞ aviabazasına PUA-larla zərbələr endirib
# 18 noyabr 2026 10:32 (UTC +04:00)

İran ordusu noyabrın 18-nə keçən gecə Küveytdə Əli əl-Salem aviabazasındakı ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia edib.

Bu barədə AFP İran ordusunun bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda bildirilib ki, hücum zamanı aviabazada yerləşən “Patriot” hava hücumundan müdafiə sistemləri, həmçinin, ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatları və raket buraxılış platformaları hədəfə alınıb.

Məlumat Küveyt ordusunun bu gün səhər saatlarında hava hücumundan müdafiə sistemlərinin naməlum PUA-lara qarşı fəaliyyət göstərdiyini açıqlamasından sonra yayılıb. Küveyt hərbçiləri mümkün partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hədəfləri zərərsizləşdirməsi ilə bağlı ola biləcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR