Şimali Koreya hazırkı peyk uğursuz olduqdan sonra oktyabrda ilk hərbi kəşfiyyat peykini buraxmaq üçün növbəti cəhd etmək niyyətindədir.
APA-nın xəbərinə görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Cümə axşamı peykin buraxılışı raket daşıyıcısının uçuşunun üçüncü mərhələsindəki problemlər səbəbindən uğursuzluqla başa çatıb. Qeyd olunur ki, söhbət detonasiya sistemindəki xətadan gedir.