Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə ballistik raket atıb.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verir.
Məlumata görə, Pxenyan ən azı bir ballistik raket buraxıb.
Digər təfərrüatlar da açıqlanmır.
Bundan əvvəl bildirilmişdi ki, Şimali Koreya oktyabrın 4-də ballistik raketi Yapon dənizinə yönəldib.