Bank Of Baku

Makron Qazaxıstana gedib, Tokayevlə görüşüb

Qazaxıstan PrezidentiKasım Jomard Tokayev və Fransa Prezidenti Emmanuel Makron

© APA | Qazaxıstan PrezidentiKasım Jomard Tokayev və Fransa Prezidenti Emmanuel Makron

# 01 noyabr 2023 10:28 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

APA "Kazİnform"agentliyinə istinadən xəbər verir ki, görüş Qazaxıstan Prezidentinin iqamətgahında baş tutub.

Görüş bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarının dəvəti ilə Fransaya rəsmi səfər edib. Səfər zamanı Qazaxıstan və Fransa liderləri ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə dair danışıqlar aparıb, Mərkəzi Asiya və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR