Məhərrəm İncə CHP-yə qayıdıb - YENİLƏNİB

Özgür Özəl, Məhərrəm İncə

© APA | Özgür Özəl, Məhərrəm İncə

# 24 iyun 2025 15:03 (UTC +04:00)

Məmləkət Partiyasının sədri Məhərrəm İncə yenidən CHP-yə üzv olub.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Məhərrəm İncə CHP partiyasının parlament qrup iclasında iştirak edib və iştirakçılar qarşısında çıxış edib.

***

11:36

Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.

APA NTV-yə istinadən xəbər verir ki, Məhərrəm İncə bu gün keçiriləcək partiyanın parlament qrup iclasında yenidən CHP-yə qatılacaq.

CHP lideri Özgür Özəl Məhərrəm İncə partiya döş nişanını təqdim edəcək.

Qeyd edək ki, Məhərrəm İncə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultay keçirərək özünü buraxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR