Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Ortaq Müdafiə üçün Məkkə Sazişi” çərçivəsində Strateji Siyasi və Müdafiə Komitəsinin iclası başa çatıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasda Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu iştirak ediblər.